Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2021 13:34
"Bavariya"nın qapıçısı Manuel Noyer Bundesliqa tarixinə düşüb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Almaniya millisinin qapıçısı çempionatda 205-ci quru oyununu keçirib.
Bu, "Herta" ilə matçda (5:0) rəsmiləşib. Noyer Bundesliqa tarixində ən çox quru oyun keçirən qapıçı adına yiyələnib.
O, əfsanəvi Oliver Kanı arxada qoyub. Sonuncunun hesabında 204 quru oyun var.