Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misirdə yunan-Roma dövrünə aid qədim yaşayış məskəninin qalıqları tapılıb - FOTO

Misirdə yunan-Roma dövrünə aid qədim yaşayış məskəninin qalıqları tapılıb - FOTO

Tarix: 29 Avqust 2021 20:28

Misirin İsgəndəriyyə şəhərinin yaxınlığındakı Əl-Şətbi ərazisində qədim yunan-Roma dövrünə aid yaşayış məskəninin qalıqları tapılıb. Bu məskən qədim Misir paytaxtının divarları arxasında yerləşir. Arxeoloqlar bildiriblər ki, sözügedən ərazi səyahətçilər və tacirlər üçün tranzit nöqtəsi rolunu oynayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, tapıntı barədə jurnalistlərə məlumat verən Misirin Qədim Abidələr Ali Şurasının sədri Mustafa Vəziri yaşayış məskəninin eramızdan əvvəl II əsrdən eramızın IV əsrinədək mövcud olduğunu bildirib. O əlavə edib ki, arxeoloqlar burada 40 su çarxı və sisterni, qayıq qalıqları, balıqçı alətləri, müxtəlif məişət əşyaları, qədim Roma imperatorları və əsgərlərinin mərmər heykəllərini aşkar ediblər. Qazıntılar zamanı 700 qədim sikkə də tapılıb.

M.Vəziri bildirib ki, tacirlər bu yaşayış məskənində öz mallarını satmaq və göndərmək üçün qədim Roma məmurlarından rəsmi icazə alırmışlar. Arxeoloji ekspedisiya buradakı bütün abidələri aşkar etmək üçün 9 ay fasiləsiz çalışıb.


Etiketlər:  Misirdə yunan Roma dövrünə qədim yaşayış məskəninin qalıqları tapılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ