Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada azərbaycanlı prodüser barəsində iş başlanıldı

Rusiyada azərbaycanlı prodüser barəsində iş başlanıldı

Tarix: 30 Avqust 2021 11:26

Dünyaca məşhur "Rammstein" qrupunun Rusiyanın Tver vilayətindəki konserti polis tərəfindən dağıdılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, özəl şirkətlərin biri tərəfindən təşkil olunan tədbirdən əvvəl hüquq-mühafizə orqanları solist Till Lindemannın otağına daxil olub.  

O, Rusiyada tətbiq olunan sərt karantin qaydalarını pozmaqda ittiham edilir. 

Lindemanna bildirilib ki, 500 nəfərdən artıq vətəndaş bir araya toplanarsa, inzibati məsuliyyətə cəlb olunacaq. Bununla da, konsert proqramı ləğv olunub.

REN TV-nin məlumatına görə, alman sənətçinin Rusiyadakı azərbaycanlı prodüseri Anar Reyband barəsində inzibati protokol tərtib edilib.

Reyband ilə əlaqədar olaraq Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 18.8 -ci maddəsinin 2 -ci hissəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib (Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiyaya daxil olma qaydaları və ya Rusiyada qalmaq (yaşayış yeri)).

Materiallar Konakovo Şəhər Məhkəməsinə göndərilib.

Eyni zamanda, Tim Rusiya sərhədini keçərkən əslində konsert fəaliyyəti təşkil etsə də, səfərin məqsədinin turizm olduğunu bildirib. Onun barəsində də inzibati iş üzrə icraat başlanılıb.


Etiketlər:  Rusiyada azərbaycanlı prodüser barəsində başlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ