Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 14:22
"Sosial şəbəkələrdə yayılan məlumatlara görə, yaxın vaxtlarda 50000 əfqanıstanlı qaçqını Laçın rayonunun cənub hissəsində (Laçının cənub hissəsi, Qubadlı, Zəngilan) məskunlaşdıracaqlar".
Sonxeber.net ordu.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi xadim Artur Yeğiazaryan "Facebook" səhifəsində yazıb.
"Üstəlik də Sünik yaxınlığında yerləşən ərazilərdə. Gələcəkdə bu qaçqınların sayını 160000-dən 200000-ə qədər çatdırmaq, Qarabağda məskunlaşdırmaq planlaşdırılır. Düşünürəm ki, siyasi nəticələr məlumdur. Xüsusən də bu prosesində arxasında Əfqanıstanda öz varlığını təmin edən NATO üzvü Türkiyə durur", - deyə o qeyd edib.