Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxdu

Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxdu

Tarix: 30 Avqust 2021 17:16

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hakim İradə Həsənzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bununla bağlı onun icraatında olan cinayət işləri təxirə salınıb. Bundan başqa, İ.Həsənzadə ilə eyni kollegiyada olan hakim Azər Paşayev və Əhməd Quliyevin də icraatənda olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin və ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işləri hakim Azər Paşayevin icraatıdadır. Bu səbəbdən onların sentyabrın 3-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb.


Etiketlər:  Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ