Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslər Sədərək Ticarət Mərkəzinə buraxılmayacaq

Bu şəxslər Sədərək Ticarət Mərkəzinə buraxılmayacaq

Tarix: 30 Avqust 2021 18:56

Sentyabrın 1-dən sonra COVİD pasportu olmayanlar Sədərək Ticarət Mərkəzinə buraxılmayacaq.

Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo.az-a açıqlamasında Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim deyib.

Onun sözlərinə görə, hazırda bazarda vətəndaşların vaksinasiya prosesi aparılır:

"Hazırda bazarda tibb məntəqəsi fəaliyyət göstərir, aptekimiz də var. Bu, beynəlxalq standartlara cavab verən bir ticarət mərkəzidir. Bu saat bazarda vaksinasiya prosesi aparılır, orada işçilər vaksinasiya olunur. Bundan əlavə, axşamlar bazarlar bağlananda təmizlənir və dezinfeksiya olunur".

Kəmaləddin Qədim Sədərək Ticarət Mərkəzində insanların kütləvi şəkildə virusa yoluxması ilə bağlı fikirlərə də münasibət açıqlayıb:

"Yazırlar ki, "Sədərək"də virus yayılıb. Bu, qərəzli şəkildə edilib. Virus hər yanda var. Bunun üçün də dövlət öz tədbirlərini görür. Şəhər, bazar, iri ticarət mərkəzləri bağlanmalıdırsa, Nazirlər Kabineti və onun yanında Operativ Qərargah var, lazım olsa, qərar verəcəklər".


Etiketlər:  şəxslər Sədərək Ticarət Mərkəzinə buraxılmayacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ