Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusları təhqir edən yumoristlə bağlı qərar

Rusları təhqir edən yumoristlə bağlı qərar

Tarix: 30 Avqust 2021 19:54

Azərbaycanlı məşhur yumorist İdrak Mirzəlizadənin Rusiyanı tərk etməsi ilə bağlı qərar qəbul olunub.

Sonxeber.net rus mətbuatına istinadən xəbər verir ki, ruslarla bağlı etdiyi zarafata görə 10 sutkalıq həbs edilən yumoristin ölkəni tərk etməyəcəyi təqdirdə deportasiya olunacağı bildirilib.

"İdrak Mirzəlizadə ictimai çıxışında rus millətindən olan insanlara qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələr səsləndirib. Bununla əlaqədar, onun Rusiya Federasiyası ərazisində olması ictimai asayişi, başqalarının hüquqlarını və qanuni mənafelərini təhdid etmək kimi qiymətləndirilib. Onun Rusiyada qalması arzuolunmazdır. Buna görə də Mirzəlizadə ölkəni tərk etmək məcburiyyətindədir. Əks halda deportasiya edilə bilər" deyə, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.


Etiketlər:  Rusları təhqir edən yumoristlə bağlı qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ