Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yük avtomobili aşdı, “20 Yanvar” dairəsi bağlandı - FOTOlar

Yük avtomobili aşdı, “20 Yanvar” dairəsi bağlandı - FOTOlar

Tarix: 31 Avqust 2021 09:12

Bakıda yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqaəti məhdudlaşdırılıb.

Gecə saatlarında 20 Yanvar dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədarolaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkıti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.


Etiketlər:  Yük avtomobili aşdı Yanvar dairəsi bağlandı FOTOlar


RƏYLƏR