Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vilayət Eyvazov rəis müavinini işdən qovdu

Vilayət Eyvazov rəis müavinini işdən qovdu

Tarix: 31 Avqust 2021 10:26

Azərbaycanda rəis müavini işdən azad olunub. 

Milli.Az bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Qazax Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, daxili işlər orqanları sıralarından xaric edilib.

Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olduğu bildirilir.

Milli.Az


Etiketlər:  Vilayət Eyvazov rəis müavinini işdən qovdu


RƏYLƏR