Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 15:16
Ermənistan tarixində ilk dəfə ölkə rəhbərliyindən heç kim Qarabağdakı qondarma "müstəqillik günü" tədbirlərinə qatılmayacaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Joxovurd" qəzeti yayıb.
Məlumata görə, sabah Xankəndidə planlaşdırılan "tədbir"lərə nə Prezident Armen Sərkisyan, nə Baş nazir Nikol Paşinyan, nə də parlament spikeri Alen Simonyan qatılmayacaq.
Qeyd edək ki, Paşinyan avqustun 31-dən sentyabrın 3-nə kimi məzuniyyətə çıxıb. Onun Soçidə istirahət edəcəyi bildirilir.