Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 15:56
Həftədə 5 dəfə idman etdiyini daim təkrarlayan və peyvənd olunmaqdan imtina edən ingilis musiqiçi Markus Birks koronavirusdan dünyasını dəyişib. Koronavirusa yoluxan musiqiçi halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Sonxeber.net xəbər verir ki, nəfəs almaqda çətinlik çəkən musiqiçi "Daily Mail"in xəbərinə görə xəstəxanada peyvəndini gecikdirdiyinə görə peşman olduğunu demişdi. Musiqiçinin xanımı bildirib ki, əri peyvənd əleyhinə idi, nadir hallarda xəstələnir və koronavirusdan narahat deyildi.
Kamran Seyidov