Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bir qrup kütləni heç nə ilə razı salmaq mümkün deyil” - Flora Kərimova

“Bir qrup kütləni heç nə ilə razı salmaq mümkün deyil” - Flora Kərimova

Tarix: 31 Avqust 2021 18:25

"Təəssüf edirəm ki, bir qrup kütləni heç nə ilə razı salmaq mümkün deyil!".

Sonxeber.net "yenisabah.az"a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova deyib.

Sənətçi Tokio-2020 Olimpiya Oyunlarında təmsilçilərimizin qızıl medal qazana bilməməsindən söz açıb:

"Birinci növbədə bütün Olimpiya iştirakçılarımızı təbrik edirəm. Duruşları, yürüyüşləri ilə  Azərbaycan adını andıran hər bir kəsə vətəndaş olaraq təzim edirəm. Medal alanlarımızı ayaqüstə alqışlayıram! Həmişə demişəm: "İgid odur atdan düşə, atlana".

Oyunçularımız - məni bağışlasınlar, adlarını sadalamıram - nə olsun ki, bu dəfə qızıl medal qazanmadılar? Dünya ikincisi və ya üçüncüsü olub, ya da heç bir qələbəsi yoxdur. Əsas Azərbaycan bayrağı altında sənin millətini təmsil edib. Dərk edə bilirsiniz bu nə deməkdir?

Rafael Ağayevin medallarının sayı-hesabı yoxdur. Artıq indən belə bir qələbəsi olmasa belə, dünya idman tarixində adı qızıl hərflərlə yazılıb. Nə zaman sizin ağzınızın əyriliyi düzələcək? Nə zaman siz özünüz şəxsiyyət olub, adınız böyük hərflərlə yazılacaq?

Söz demək xatirinə "söz" deməkdirsə, düşündüyünüzü sosial şəbəkələrdə yazmazdan öncə papağınızı qoyun qabağınıza, düşünün. Siz bu vətən bayrağını qaldırmağa layiq şəxsiyyət olcaqsızsa, bax, o zaman millətin sərvəti sayılan şəxslərə söz deməyə mənəvi haqqınız çatacaq!"


Etiketlər:  qrup kütləni heç ilə razı salmaq mümkün deyil Flora Kərimova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ