Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Delta” hamilə qadınlarda ölümə səbəb ola bilər

“Delta” hamilə qadınlarda ölümə səbəb ola bilər

Tarix: 31 Avqust 2021 21:27

Koronavirusun "Delta" variantı ana olmağa hazırlaşan qadınlarda ağır fəsadlara, hətta ölümə səbəb ola bilər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bunu Türkiyənin Diyarbəkir Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasının həkimi Hakan Akelma bəyan edib. O, çalışdığı xəstəxanada son iki ayda sözügedən COVID variantına yoluxmuş altı hamilə qadının öldüyünü bildirib.

Mütəxəssisin sözlərinə görə, bu vəziyyətdə olan xanımlar bir çox dərman vasitələrini qəbul edə bilmir. Məhz bu səbəbdən orqanizmdə virus daha sürətlə yayılır və ölümə gətirib çıxarır.
Həkim yeni növ koronavirusun daha şiddətli "Delta" variantından qorunmaq üçün hamilə qadınları peyvənd olunmağa çağırıb.


Etiketlər:  Delta hamilə qadınlarda ölümə səbəb bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ