Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 21:34
ABŞ-ın heyvanların hüquqlarını müdafiə edən "American Humane" qeyri-kommersiya təşkilatı Əfqanıstandan təxliyə zamanı xidməti itləri çıxarmadığına görə ölkə rəsmilərini tənqid edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, təşkilatın rəhbəri həmin canlıları ölüm gözlədiyini bildirib.
"Amerika hökumətinin Kabulu tərk etməsi və ABŞ ordusunda xidmət edən cəsur itləri orada tərk etməsi xəbərləri məni şoka saldı, onları orada düşmənlərimizin əlində işgəncə və ölüm gözləyir", - deyə təşkilat rəhbəri Robin Hansert qeyd edib.