Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-da sürücüsüz taksi işə salınır

ABŞ-da sürücüsüz taksi işə salınır

Tarix: 31 Avqust 2021 23:48

"Google"un törəmə müəssisəsi olan "Waymo" şirkəti ABŞ-ın San-Fransisko şəhərində sürücüsüz taksi proqramını işə salıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, proqram hələlik sınaq rejimində fəaliyyət göstərir.

Sürücüsüz taksini mobil tətbiq vasitəsilə çağırmaq mümkündür. Taksidə olan müştəri avtomobilin salonunda olan xüsusi düyməni basmaqla hərəkəti dayandıra bilər.

Hərəkət zamanı yolda baş verənlər monitorda əks olunur.

Taksi qismində "Jaguar I-PACE" elektromobili fəaliyyət göstərir.

Milli.Az


Etiketlər:  ABŞ da sürücüsüz taksi işə salınır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ