Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Londonda milyonlarla dollarlıq evlər almaq istəyən azərbaycanlı müştərilər

Londonda milyonlarla dollarlıq evlər almaq istəyən azərbaycanlı müştərilər

Tarix: 1 Sentyabr 2021 11:34

Londonun daşınmaz əmlak bazarında koronavirus pandemiyası ilə bağlı yaranmış süstlük yeni canlanma ilə əvəzlənib və "dumanlı albion"da dəyəri milyonlarla dollar olan mənzil almaq istəyən xarici ölkə vətəndaşlarının sayında yenidən artım müşahidə olunur.

Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, onların arasında Azərbaycandan olan müştərilər də var.

Britaniyanın "Estate Agent Today" portalı yazır ki, Londonun tanınmış daşınmaz əmlak agenti şəhərə daha çox xarici müştərilərin qayıtdığını deyir. Və gözləyir ki, sentyabr ayında onların sayı daha da artacaq.

"Eccord" daşınmaz əmlak agentliyinin icraçı direktoru Co Ekkls bildirir ki, hazırda o, İsrail, Azərbaycan, Avstraliya və Amerikadan olan müştərilərlə işləyir. Həmin müştərilər 2.5 milyon funt sterlinqdən 10 milyon funt sterlinqə qədər dəyərində evlər almaq üçün sifarişlər veriblər.

Co Ekkls deyir ki, postpandemiya vəziyyətində daşınmaz əmlakın qiyməti də artır. Böyük Britaniyanın təhsil sistemi və Londonun şəhər kimi cəlbediciliyi onun daşınmaz əmlakını yenidən cəlbedici edir. Varlı əcnəbilər ailələrini, uşaqlarını Londonda yerləşdirirlər və ya orada elit klublara üzv yazılırlar. Nəticədə özlərinə mənzil alırlar.

Onun sözlərinə görə, bəzi müştərilər özləri ev axtarmağa çalışır, amma tapa bilməyəndə daşınmaz əmlak agentinin xidmətlərinə müraciət edir. Bu da müştərilərin artmasına səbəb olur.

Xatırladaq ki, Böyük Britaniyada qəbul edilmiş yeni qanunlara əsasən bu ölkədə hansısa daşınmaz əmlak və ya diər aktivlər almaq istəyən xaricilər vəsaiti qanuni yolla qazandıqlarını sübut etməlidir.


Etiketlər:  Londonda milyonlarla dollarlıq evlər almaq istəyən azərbaycanlı müştərilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ