Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Biləcəridə 300-ə yaxın ailənin yaşadığı 5 binanın istilik sistemi yoxdur - VİDEO

Biləcəridə 300-ə yaxın ailənin yaşadığı 5 binanın istilik sistemi yoxdur - VİDEO

Tarix: 1 Sentyabr 2021 12:02

Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsindəki 5 binada yaşayan təxminən 300-ə yaxın ailə  hər qış eyni problemlə qarşılaşır. İstilik sisteminin olmaması onları narahat edir. Edilən bir çox müraciətlərdən sonra 2019-cu ildə qazanxana binası təmir edilib. Borular binaların zirzəmilərinə qədər gətirilib, amma mənzillərə hələ də istilik sistemi  çəkilməyib.

Milli.Az xezerxeber.az-ə istinadən xəbər verir ki, 12 ailə şəxsi hesablarına istilik sistemini mənzillərinə qədər çəkdiriblər. Lakin  sakinlərə deyilib ki,12 ailəyə görə istiliyin verilməsi mümkün deyil.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki, sözügedən binalarda binadaxili və mənzildaxili istilik sistemləri istismara yararsızdır.

Həmin ərazinin aid olduğu 2 saylı xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyindən  isə bildirildi  ki, dövlət mənzil fonduna aid olan bütün mənzillər sakinlərinin mülkiyyətinə verilib.

İndi sakinlər səbrsizliklə problemlərinin həll ediləcəyi günü gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az


Etiketlər:  Biləcəridə 300 ə yaxın ailənin yaşadığı 5 binanın istilik sistemi yoxdur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ