Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əvvəlcə Qarabağ itirildi, növbədəki Zəngəzur, Tavus, Basarkeçər, Ağrıdır'' - Erməni ictimai xadim

''Əvvəlcə Qarabağ itirildi, növbədəki Zəngəzur, Tavus, Basarkeçər, Ağrıdır'' - Erməni ictimai xadim

Tarix: 1 Sentyabr 2021 17:22

"Nikolun rəhbərlik etdiyi Ermənistan getdikcə kiçilir".

Sonxeber.net ordu.az-a istinadən xəbər verir ki, bunu erməni ictimai xadim Hayk Usunts yazıb.

O qeyd edib ki, əvvəlcə Qarabağ itirildi, növbədəki Zəngəzur, Tavus, Basarkeçər, Ağrıdır.

"Nikol "sülh dövrü"nü Azərbaycanın bütün istəklərini təmin etməklə təsəvvür edir. Nikolçular "Biz müharibə istəmirik" proqramı çərçivəsində əslində müharibə gətirirlər, lakin bunu sülh kimi təqdim edirlər: əsl cəfəngiyat", - deyə o qeyd edib.

Usuntsun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti sərhədlərin açılacağını və həyatın bal olacağını bildirir.

"Bəs sərhədləri necə açmaq istəyirlər? Demaraksiya və delimitasiya həyata keçirməklə", - deyə o bildirib.


Etiketlər:  Əvvəlcə Qarabağ itirildi növbədəki Zəngəzur Tavus Basarkeçər Ağrıdır Erməni ictimai xadim


RƏYLƏR