Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Marketdə 11 yaşlıya təcavüz edənə 10 il həbs - ''Sadəcə sevdim'' - FOTO

Marketdə 11 yaşlıya təcavüz edənə 10 il həbs - ''Sadəcə sevdim'' - FOTO

Tarix: 2 Sentyabr 2021 12:18

İstanbulda marketlərdən birində 11 yaşlı E.Ç.-yə cinsi təcavüz edən Ali Öztürkün barəsində hökm elan edilib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, məhkəmə Öztürkün cinsi istismara görə 10 il həbs cəzasına məhkum edilməsinə qərar verib. 47 yaşlı Əli Öztürkdən şikayət edən Gülsün Ç. və qızı da məhkəmə zalında iştirak edib.

Zərərçəkmişin atasını tanıdığını deyən təqsirləndirilən şəxs "ona qarşı cinsi əlaqədə olmamışam. Sadəcə onu sevirdim və danışırdım" deyib. Ana bildirib ki, "qızım bazara getdi, geri döndüyündə ona təcavüz edildiyini söyləmədi. Mənə polis idarəsindən zəng etdilər və marketin videosunu izləyəndə bunun fərqinə vardım. Mən şikayətçiyəm" deyib.

11 yaşlı qız təqsirləndirilən şəxsi tanımadığını, bazara getdiyini, müttəhimin yanına gəldiyini, haradan olduğunu soruşduğunu, atasını tanıdığını və əlini çiyninə qoyduğunu söyləyib: "Məni sıxıb dodaqlarımdan öpdü".

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Marketdə yaşlıya təcavüz edənə həbs Sadəcə sevdim FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ