Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paralimpiya Oyunları: 60 yaşlı idmançımızdan uğursuz ikinci cəhd

Paralimpiya Oyunları: 60 yaşlı idmançımızdan uğursuz ikinci cəhd

Tarix: 2 Sentyabr 2021 12:54

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında azərbaycanlı güllə atıcısı Yelena Taranova ikinci cəhdini edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki,  60 yaşlı idmançımız 25 metr məsafəyə yarışda 31 idmançı arasında 24-cü olub.

O, 273 xal toplayıb. Bununla da o, finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, 2000 və 2004-cü il Paralimpiya Oyunlarının mükafatçısı olan Yelena Taranova daha əvvəl avqustun 31-də 10 metr məsafəyə atmada 23-cü olaraq təsnifat mərhələsində mübarizəni dayandırmışdı. O, sentyabrın 4-də 50 metr məsafəyə yarışda qüvvəsini sınayacaq.


Etiketlər:  Paralimpiya Oyunları yaşlı idmançımızdan uğursuz ikinci cəhd


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ