Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HAVA necə olacaq? - PROQNOZ

HAVA necə olacaq? - PROQNOZ

Tarix: 2 Sentyabr 2021 13:12

Sentyabrın 03-də gözlənilən hava şəraiti açqıalnıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb
13300-dən çox aztəminatlı ailənin uşaqları məktəbli ləvazimatları ilə təmin ediləcək
Kamran Musayev: "Bütün ürək və damar xəstələri mütləq peyvənd olunmalıdır"

Havanın temperaturu gecə 22-25° isti, gündüz 27-30° isti, Bakıda gecə 23-25° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-22° isti olacaq.


Etiketlər:  HAVA necə olacaq PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ