Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 13:45
ARB TV-nin "YouTube" layihəsi olan "Yay Ulduzu" verilişinin növbəti qonağı Arif Neymətov olub.
Sonxeber.net xəbər verir ki, müğənni Ceyhun Neymətovun oğlu olan Arif, atasının ona dəstək olduğunu bildirib:
"Şanslıyam, çünki, bəzi məqamlarda, əsasən də muğamlarda atam mənə kömək edir".
Arif oxumağa başladığı tarixçədən söhbət açıb:
"İxtisasım komputer mühəndisliyidir. Hazırda Türkiyədə təhsil alıram. Sosial şəbəkələrdə "Cover" edənləri gördüm və mən də həvəsə gəldim. Uşaq vaxtı çox kompleksim olduğu üçün oxumurdum. İlk dəfə 2016-cı ildə israrla oxumaq istədiyimi dedim və pianino aldılar. Artıq 5 il keçib və o zamandan oxumağa başladım".
Daha sonra gənc ifaçı bir çox canlı ifalar səsləndirib.
Qeyd edək ki, verilişin yaranmasındakı əsas məqsəd istedadlı gənc ifaçıları aşkar etmək və tanınmalarına dəstək göstərməkdir.