Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər seçim qarşısında - Ya Azərbaycan, ya Qarabağsız ...

Ermənilər seçim qarşısında - Ya Azərbaycan, ya Qarabağsız ...

Tarix: 2 Sentyabr 2021 17:03

"Azərbaycanın bütün ərazilərinin sosial-iqtisadi inkişafı, bərpası, tikintisi qədər ondan qat-qat artıq işğaldan azad edilmiş rayonlarımızın və ilk növbədə də Şuşanın bərpası olduqca vacib və əhəmiyyətli hadisədir. Artıq işlər böyük sürətlə gedir".

Bunu Sonxeber.net-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, işğaldan azad edilən ərazilərimizin bərpası revanşist qüvvələrin nə qədər perespektivsiz yolda olduqlarını onlara nümayiş etdirir:

"Ölkə başçısının ard-arda dəfələrlə işğaldan azad edilmiş bölgələrə səfərləri həm bu ərazilərimizin işğal dövrü ilə bağlı, həm işğaldan azad olunması prosesinin gedişi ilə bağlı, həm də bütün bunların ətrafında diplomatik prosesləri özündə əks etdirən müəyyən yeni faktların açılıb ortaya tökülməsi ilə maraqlıdır. Eyni zamanda Prezidentin səfərləri bu ərazilərimizin bərpa prosesinin daha da sürətləndirilməsi baxımından əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, Şuşanın, digər ərazilərimizin belə sürətlə bərpa olunması ilk növbədə Azərbaycan dövlətinin iqtisadi maliyyə imkanlarını nümayiş etdirir. Digər tərəfdən ölkənin həm daxilində Qarabağdakı separatçıların, həm Ermənistanda separatçılara dəstək verən millətçi, şovinist dairələrin fikirlərinin dəyişməsi, onların revanşist əhval-ruhiyyələrinin xeyli dərəcədə zəifləməsinə öz təsirini göstərir. Çünkü onlar bütün hallarda ölçü götürürlər ki, əgər Azərbaycan bu iqtisadi maliyyə gücünə malikdirsə, ölkəni belə sürətlə ermənilərin fundamentə qədər dağıtdıqları şəhər və rayonları bərpa edirsə, düməli hər-hansı bir revanşist məqsədlər bu ölkənin gələcəkdə siyasətinə nəzərə çarpacaq dərəcədə təsir göstərə bilməz. 

İşğaldan azad edilən ərazilərimizin bərpası revanşist qüvvələrin nə qədər perespektivsiz yolda olduqlarını onlara nümayiş etdirir. Digər tərəfdən, əlbəttə, azad olunmuş rayonlarda bizim görünən gücümüz Azərbaycanla sülh içərisində yaşamaq istəyən erməni cəmiyyətinin seçiminə normal təsir göstərir. Qarabağdakı illər boyu təcavüzkar siyasətdən əziyyət çəkən sadə ermənilər Azərbaycan kimi qüdrətli bir dövlətin vətəndaşı olmaq seçimi qarşısındadırlar. Artıq Ermənistanda açıq-aşkar düşünməyə başlayıblar ki, kaş biz də belə bir qüdrətli ölkənin vətəndaşları ola bilərdik. Bir sözlə, işğaldan azad edilən ərazilərimizdə bərpa işlərinin gedişi ilə tanış olarkən, açılış tədbirləri zamanı dövlət başçısının verdiyi mesajlar Azərbaycanın gücünü nümayiş etdirmək, müharibə dövründə, müharibədən sonrakı həqiqətlərin dünyaya çatdırılması, eləcə də düşmənlərimizin həm pozitiv, həm də neqativ hissəsinin fikir və düşüncələrinin dəyişməsinə təsirsiz ötüşmür. Bu nöqteyi nəzərdən Prezidentin bölgəyə səfərləri adi səfərlər kimi yox, Azərbaycanın gücünü nümayiş etdirmək baxımından tarixi hadisələr sayılmalıdır. Azərbaycan bir daha göstərir ki, biz bu əraziləri sadəcə ermənilərin dağıntılarından azad edib, elə olduğu bir vəziyyətdə saxlamaq fikrində deyoilik. Bu əraziləri yenidən bərpa edib, cənnətə çevirmək, Azərbaycanın digər bölgələri kimi, ondan artıq şəkildə unifikasiya etmək, sosial-iqtisadi inkişaf səviyyəsini ən müasir səviyyədə olan şəhər, rayon və kəndlərinə çatdırmaq əsas hədəflərimizdir".

Təhməz Əsədov


Etiketlər:  Ermənilər seçim qarşısında Azərbaycan Qarabağsız


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR