Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid bulağı istifadəyə verilib - VİDEO

Şəhid bulağı istifadəyə verilib - VİDEO

Tarix: 2 Sentyabr 2021 17:26

Şabran şəhərində Vətən müharibəsində şəhid olan Balağayev Seyfəddin Vahid oğlunun xatirəsinə bulaq kompleksi inşa edilib.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində tikilən abidənin bu gün açılışı oldu. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, yerli sakinlər və şəhid valideynləri iştirak etdi. Çıxış edənlər 44 günlük Zəfər yürüşündə qəhrəmanlıqla döyüşən qüdrətli Azərbaycan Ordusunun şücaətindən söhbət açdılar. Bildirildi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız yağı düşməndən azad edildi. Canını fəda edərək əsl qəhrəmanlıq göstərən şəhidlərimizin qanı ilə Azərbaycanın şanlı tarixi yazıldı. Bu amal uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəblində yaşayacaq. Mərasimdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndirdi. Sonda bulaq kompleksinin açılışı oldu və abidə önünə tər güllər düzüldü. Qeyd edək ki, 23 yaşlı Seyfəddin Balağayev Vətən Müharibəsi başlayan zaman həqiqi hərbi xidmətdə olub. İlk gündən savaşa qatılan gənc qəhrəman Füzuli uğrunda gedən döyüşdə şəhadətə yüksəlib.

Abidə kompleksinin tikintisini yüksək qiymətləndirən şəhid valideynləri bu nümunəvi addımdan çox qürurlandıqlarını bildirdilər. Onlar hesab edir ki, bu təşəbbüs canını vətənə fəda edən qəhrəmanlara göstərilən böyük dəyərdir.

Qeyd edək ki, ölümündən sonra şəhid Seyfəddin Balağayev 3 medalla - Suqovuşanın azad edilməsinə görə eləcə də Vətən uğründa və İgidliyə görə medalları ilə təltif edilib.


Etiketlər:  Şəhid bulağı istifadəyə verilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ