Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni nazirdən nou-hau: ''Düşmənlə dost olmaq lazımdır''

Erməni nazirdən nou-hau: ''Düşmənlə dost olmaq lazımdır''

Tarix: 2 Sentyabr 2021 17:50

"Müharibə vaxtı belə düşmənlə dostluq etmək lazımdır". Bu qeyri-adi bəyanatı Ermənistanın yüksək texnologiyalı sənaye naziri Vahaqn Xaçatryan hökumət iclasından sonra keçirdiyi brifinqdə səsləndirib. İrəvanın keçmiş meri, ixtisasca iqtisadçı olan Xaçatryan Azərbaycanla barışmaq üçün əsasların olub-olmadığına toxunub. "Əsaslar hrə zaman olub. Ermənistanın müstəqil dövlət olaraq yarandığı 30 il əvvəl də bu təməllər var idi. İndi onlar var və biz bundan istifadə etməyi bacarmalıyıq. Layiqli bir sülhə nail olmaq lazımdır"- deyə nazir bildirib.

Erməni nəşrləri dərhal naziri sərt tənqid ediblər. "Xaçatryan açıq şəkildə xristianlıq mərhəməti göstərib, deyib ki, müharibə zamanı düşmənlə dostluq etmək lazımdır". Xaçatryan sonra Ermənistanı məğlub faşistlərlə eyniləşdirib. Deyib ki, Sovet İttifaqı hətta müharibə dövründə Almaniya ilə danışıqlar aparıb.

Kamran Seyidov


Etiketlər:  Erməni nazirdən Düşmənlə dost olmaq lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ