Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib

Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib

Tarix: 17 Avqust 2019 08:00

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 395,5 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 67,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Trend-in məlumatına görə, ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı sahələrinə, 26,4 faizi xidmət sahələrinə, 9,3 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,8 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,3 faiz, büdcə vəsaitləri 28,1 faiz, bank kreditləri 7,9 faiz, əhalinin şəxsi vəsaitləri 6,9 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib.

2019-cu ilin yanvar-iyul aylarında Bakı şəhərində şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Bakı şəhərində 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın əsas kapitalına milyard manatdan çox vəsait yönəldilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ