Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 21:30
ABŞ-ın şərqində "İda" qasırğasının səbəb olduğu yağış və daşqınlar nəticəsində 22 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, ölüm halları Nyu-York və Nyu-Cersi ştatlarında qeydə alınıb. Onların arasında iki yaşlı uşaq da var.
Bundan əvvəl Nyu-York şəhərinin meri Bill de Blazio 9 nəfərin ölməsi barədə məlumat vermişdi. O, bölgədə rekord miqdarda yağış yağdığını bildirib.