Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə güclü külək fəsadlar törədib

Gəncədə güclü külək fəsadlar törədib

Tarix: 2 Sentyabr 2021 21:30

Gəncədə güclü külək əsir, bəzi yerlərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, axşam saatlarından güclü külək əsməyə başlayıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb. Bəzi fərdi evlərin dam örtüyü qismən dağılıb, pəncərələri sınıb.

Güclü külək şəhərdə havanın tozlanmasına da səbəb olub. Bu səbəbdən nəqliyyatın hərəkətində də qismən çətinlik yaranıb.

Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda küləkli hava şəraiti davam edir.


Etiketlər:  Gəncədə güclü külək fəsadlar törədib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ