Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2021 17:40
"Sənət aləmindəkilərdən incikliyəm. Dövlət mənə ən yüksək qiyməti verib. İnsanlar məni sevir. Niyə sənət camiyəsində belədir?".
Milli.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "7 canlı" proqramında deyib. Aktrisa sənət dostlarından küsdüyünü söyləyib:
"Bu gün hər şey göz önündədir. Heç yerə getmirəm. Gücsüz deyiləm. Özüm ayaqüstə qalxmışam. Sənətimiz çətindir. Bir çox aktrisalarımız olub, onlar parlayan kimi ssenari yazırlar ki, bunu aradan çıxarmaq, sənətdən burmaq lazımdır. Zərnigar Ağakişiyeva, Safurə İbrahimova, Amaliya Pənahova, Şəfiqə Məmmədova teatrdan çıxdı getdi. Sənəti kimdənsə öyrənirsən, məktəb keçirsən. Biz belə olmuşuq. İndikilər isə, küçədən gəldim, seriala çəkildim, aktyor oldum...
Seriallarda yoxam. Burada mən heç nə itirmirəm. İtirən mədəniyyətdir. Ömrümüz gedir, bundan sonra nə qədər yaşayacağıq. Gənclər bizə baxıb örnək götürsünlər.
Bir dəfə gənc rejissor yaxınlaşdı ki, Naibə xanım, sizi seriala çəkmək istədim. Dedilər ki, onu çağırmayın. Kaprizlidir, vəziyyəti yaxşı deyil. Beləcə, məni işdən bururdular".