Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2021 17:50
Ermənistanda nəşr edilən "Hraparak" ("Meydan") qəzetinin iddia etdiyinə görə, kosmosda süni peyki olan ölkələrdən birinin nümayəndələri erməni müxalifətinin bəzi dairələri ilə əlaqəyə çıxıblar.
Sonxeber.net xəbər verir ki, onlara Ermənistanla bağlı olan videoyazılar təklif ediblər.
"Bu videoyazıların sırasında 44 günlük müharibənin bütün videoyazısı da var, hansı ki, Azərbaycanın bütün bu 44 gündə hansı taktikanı tətbiq etdiyinə, Ermənistanın necə uduzduğuna dair dəqiq təsəvvürlər yaradır. Doğrudur, biz aydınlaşdıra bilməmişik ki, müxalifət çevrələrindən bu təklifə necə reaksiya veriblər",-qəzet yazır.