Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pirsaatda su təminatı yaxşılaşdırılır - VİDEO

Pirsaatda su təminatı yaxşılaşdırılır - VİDEO

Tarix: 4 Sentyabr 2021 17:38

Pirsaat Qış Otlaqlarında Su Təminatı yaxşılaşdırılır. İdarə tərəfindən qış otlaqlarında qışlama keçirən kiçik buynuzlu mal-qaranın və onlara xidmət edən işçilərin su təminatını yaxşılaşdırmaq üçün hər il yay fəslində təmir işləri görülür. Hazırda uzun müddət istismarda olan boru xəttləri yeniləri ilə əvəzlənir.

Milli.Az realtv-yə istinadən xəbər verir ki, rayon ərazisində heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar olaraq, qış otlaqlarında məskunlaşan təsərrüfatları içməli su ilə təmin etmək üçün nasos stansiyalar vasitəsilə həmin təsərrüfatlara 2021-ci il ərzində 240 min kubmetr içməli su verilib. Hazırda idarənin nasos stansiyaları texniki cəhətdən saz vəziyyətdədir və qış otlaqlarını su ilə təmin edir.

Qeyd edək ki, Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin qışlaq sahələrindən, payız və qış fəslində Quba, Xaçmaz, Qobustan, Şamaxı, Abşeron, Hacıqabul rayonlarının kəndli-fermer və şəxsi təsərrüfatları istifadə edir.

Milli.Az


Etiketlər:  Pirsaatda təminatı yaxşılaşdırılır VİDEO


RƏYLƏR