Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2021 19:00
Portuqaliya millisinin üzvü və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo beş gün karantində qalacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya mtbuat məlumat yayıb. "Qırmızı şeytanlar" millinin düşərgəsindən ayrılıb, Mançesterə gələn 36 yaşlı hücumçu üçün yerli hökumətə karantinin ləğv edilməsi ilə bağlı müraciət etsə də, müsbət cavab almayıb.
Portuqaliyalı hücumçu koronavirus testi mənfi çıxdıqdan beş gün sonra komanda ilə məşqlərə başlaya biləcək.
Qeyd edək ki, Ronaldo millinin heyətində İrlandiyaya qarşı görüşdə (2:1) sarı vərəqə alaraq cəzalı duruma düşdüyünə görə, sentyabrın 7-də Azərbaycan yığması ilə oyun üçün Bakıya gəlməyəcək.