Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmmunoloq virusla mübarizə üçün ideal olan temperaturu açıqlayıb

İmmunoloq virusla mübarizə üçün ideal olan temperaturu açıqlayıb

Tarix: 5 Sentyabr 2021 12:15

Həkim allerqoloq-immunoloq Vladimir Bolibok Sputnik radiosuna verdiyi müsahibədə virusla mübarizə üçün ideal olan temperaturu açıqlayıb. Bu barədə Sonxeber.net Rusiya mediasına istinadən xəbər verir.

Onun sözlərinə görə, temperaturun artması orqanizmin infeksiyanın nüfuz etməsinə qarşı müdafiə reaksiyasının bir hissəsidir. O qeyd edib ki, immunitet sisteminin işləməsi sitokinlər - immun sisteminin hüceyrələrinin aktivləşdiyi anda ayrılan molekullar ilə müəyyən edilir.

"İmmun sistemi viruslara və ya bakteriyalara qarşı reaksiya verir, sitokinlər temperatur tənzimləmə mərkəzinin yerləşdiyi mərkəzi sinir sisteminə daxil olur və infeksiyaya qarşı mübarizə aparıldığı halda orqanizm hərarəti qaldırmaq üçün bir siqnal alır", - deyə Bolibok izah edib.

İmmunoloq qeyd edib ki, bakteriyaların ferment sistemləri və virusların genetik aparatı müəyyən temperaturda işləyir. Temperatur yüksəldikdə bu mikroorqanizmlərin çoxalması çətinləşir. Əgər insanda KRVİ ilə hərarət yüksəlmirsə, deməli onun immun sistemi əslində infeksiyaya reaksiya vermir.

Üstəlik bu sistemin həddindən artıq reaksiyası da təhlükəli ola bilər. "Sitokinlər çox olduqda hiperpiretik reaksiya yaranır və bu halda temperatur 39-40 dərəcəyə kimi artır", - deyə həkim bildirib. O qeyd edib ki, hərarətin bu dərəcədə yüksəlməsi daxili orqanların fəaliyyətinə də pis təsir edir.

Bolibokun sözlərinə görə, 37 ilə 38.5 arası olan ideal temperaturda orqanizm virusla effektiv mübarizə aparır.

Bu yaxınlarda həkim-terapevt Viktor Lişin məlumat verib ki, xroniki xəstəlikləri olan insanlarda yüksək bədən hərarəti koronavirusa qarşı peyvənd edildikdən sonra uzun müddət davam edə bilər. Onun sözlərinə görə, artroz, artrit, psoriaz və ya hipertoniya kimi xəstəlikləri olan insanlar, COVID-19 əleyhinə peyvənd edildikdən sonra müəyyən narahatlıq yaşaya bilərlər.


Etiketlər:  İmmunoloq virusla mübarizə üçün ideal olan temperaturu açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ