Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günəş şüaları dərinizi yandırıbsa, bunları etməyin

Günəş şüaları dərinizi yandırıbsa, bunları etməyin

Tarix: 5 Sentyabr 2021 14:15

Günəş şüalarının yandırdığı dərini müalicə etmək üçün bir çox yol var. Bu prosesdə yeməkdən tutmuş geyimə qədər hər şeyə diqqət etmək vacibdir.

Sonxeber.net Axşam.az-a istinadən günəş şüalarının yandırdığı dərini müalicə edərkən buraxılan yanlışları təqdim edir.

1. Tərkibində süni maddələr olan aloe gellərindən istifadə etmək

Aloe vera qızartını sakitləşdirməyə kömək etsə də, tərkibində benzokain və ya lidokain kimi bəzi süni komponentlər olan kremlər cildinizi qıcıqlandıracaq və yanmış bölgədə qaşıntı yaradacaq.

2. Dar paltar geyinmək

Dar paltar geyinmək dərinin nəfəs almasına maneə olduğu qədər, sağalmasını da ləngidəcək. Pambıqdan olan və dərinin nəfəs almasına imkan verən geyimlərə üstünlük verməyiniz tövsiyə olunur.

3. Qəhvə içmək

Günəş yanıqları baş ağrısına səbəb olur. Bu zaman bir fincan qəhvə içmək istəyə bilərsiniz. Lakin günəşdə yanmısınızsa, deməli bədəndəki su miqdarı azalıb. Kofein isə bədəndəki mayeni xaric edir və dərini qurudur.  

4. Makiyajla örtmək

Makiyajla yanmış bölgəni örtmək sizə cazibədar fikir kimi görünə bilər. Ancaq dar geyim kimi makiyaj da dərinin nəfəs almasının qarşısını alır. Mütləq şəkildə etməli olduğunuz hallarda isə ağır makiyaj etməməyə diqqət edin. Yumşaq fırçalardan istifadəyə üstünlük verin. Nəm süngərlərlə kremi üzünüzə yaymağa çalışın.

5. Soymaq

Günəşdə yanan dəri gözə o qədər də xoş görünmür. Bu səbəbdən ondan qurutmağa çalışarkən soymaq istəyəcəksiniz. Bu ləkələrin və zatən zədəli olan dəridə bir çox problemlərin yaranmasına səbəb olacaq.

6. Yanlış bədən kremini tətbiq etmək

Bədən kremi günəşin zədələdiyi bölgəni nəmləndirməyə kömək edir. Ancaq istifadə etdiyiniz məhsulun alkoqol əsaslı olmadığından əmin olun. Alkoqol kremin dərin qatlara qədər nüfuz etməsinə kömək etsə də digər tərəfdən təbii yağları məhv edir.

7. Portağal suyu içmək

Portağal kimi meyvələr antioksidanlarla zəngin olsa da, dərinizi işığa daha həssas edir. Lakin mütləq bu tip meyvələrin şirəsini içmək istəyirsinizsə, bu zaman günəş kremindən istifadə edin və günün altında dayanmamağa diqqət yetirin.


Etiketlər:  Günəş şüaları dərinizi yandırıbsa bunları etməyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ