Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2025 06:06
"Borussiya Dortmund" və "Liverpul" klublarının keçmiş baş məşqçisi Yurgen Klopp Almaniya Futbol Liqasının (DFL) yeni ekspertlər komitəsinin tərkibinə daxil olub.
Sonxeber.net xəbər verir ki, komitənin rolu alman futbolunun inkişafına, böyüməsinə və ümumi rəqabət qabiliyyətinə yönəlik səylərdən ibarət olacaq.
Bu elit qrupa Kloppdan başqa, "Real Madrid"in sabiq futbolçusu Sami Xedira və Bundesliqa klublarının bir neçə rəhbərləri də daxildir.
Bu, Kloppun bu ilin əvvəlində "Liverpul"dan ayrıldıqdan sonra futbolda ilk rəsmi işidir. O, "Red Bull"da tutduğu vəzifədə qalmağa davam edəcək.