Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI

Türkiyədən SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI

Tarix: 5 Sentyabr 2021 16:06

Azərbaycan Ordusuna dəstək olmaq üçün Ermənistanın işğalından azad edilmiş Qarabağ ərazilərində mina, digər partlayıcı qurğuların axtarışı və məhv edilməsi işləri davam edir.

Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Milli Müdafə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin analiz və qiymətləndirmə mütəxəssisi mayor Pınar Kara deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələri qardaş ölkə Azərbaycanla hərbi və əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə və təlim fəaliyyətlərinə dəstək verməyə davam edir: "Bu kontekstdə Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqəni təmin etmək, təlim planlaşdırması, idarəetmə və icranı uyğunlaşdırmaq məqsədilə "Qardaş briqada" layihəsi başladıldı. Hazırda Türkiyə Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birgə təlimlər həyata keçirilir. "İki dövlət, bir millət" anlayışı ilə kədər və sevinc içində birlikdə olduğumuz ədalətli işlərində bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanındayıq".


Etiketlər:  Türkiyədən DƏQİQƏ Qarabağ AÇIQLAMASI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ