Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 17:40
Müğənni Sevda Əliqızı səhhətində yaranan problemin günahkarının Azərbaycanda həkimlər olduğunu deyib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi hazırda ayağı ilə bağlı Türkiyədə olduğunu bildirib. O qeyd edib ki, qardaş ölkəyə müalicəyə gedib.
Prodüser Sayqa Cahadi xəstəxanada ziyarət edən Sevda "İkimiz də xəstəyik, İstanbuldayıq. Bakıda bizi yaxşı əməliyyat etmədilər. İnşaAllah, yaxşı olacaq" sözlərini söyləyib.
Qeyd edək ki, müğənni podaqra xəstəliyindən əziyyət çəkir. O, bir neçə dəfə əməliyyat olunsa da sağalmayıb. "Ölürəm, bilmirəm necə edim. Mənə kömək edin, qurban olum. Həyatım məhv olur, daha dözə bilmirəm" deyə, ifaçı açıqlamalarından birində bildirib.