Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 09:52
Taliban hakimiyyəti altında olan Əfqanıstan respublikaçı konstitusiyanı əvəz etmək üçün mütləq yeni bir konstitusiyaya ehtiyac duyacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Əfqanıstan parlamentinin aşağı palatasının baş katibi Əbdülqədir Zazai Vətəndost deyib.
"Taliban mövcud konstitusiyanı qəbul etmir və eyni zamanda öz konstitusiyası da yoxdur. Onlar hər şeydən əvvəl yeni bir əsas qanuna ehtiyac duyacaqlar", - deyə o, qeyd edib.
Ölkə parlamentinin işinin perspektivləri ilə bağlı Vətəndost qeyd edib ki, Əfqanıstanda indi respublika quruluşundan əmirliyə keçid var və bu, parlamentin olmasını nəzərdə tutmur. Ancaq o, bu qanunverici orqanın ləğv edilib-edilməyəcəyi sualına cavab verməyib.