Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşıq Festivalı keçirilir - VİDEO

İşıq Festivalı keçirilir - VİDEO

Tarix: 6 Sentyabr 2021 12:58

Almanya paytaxtında ənənəvi İşıq Festivalı keçirilir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, festival çərçivəsində Berlində 75 binanın fasadı 3D texnologiyası ilə işıqlandırılıb.

Şəhərin rəmzləri sayılan televiziya qülləsi, Brandenburq darvazası və Berlin kafedralı kimi tikililər xüsusi gözəlliyilə yerli sakinlərin və turistlərin diqqətini cəlb edir.

Sayca 17-ci olan tədbir sentyabrın 12-dək davam edəcək.


Etiketlər:  İşıq Festivalı keçirilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ