Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2019 17:44
Bakı. Trend:
ABŞ polisi Miçiqan ştatında ticarət mərkəzində qanunsuz saxlanan 300-dən çox kirpini müsadirə edib.
Trend-in məlumatına görə, polisə daxil olan zəngdən sonra həmin ünvanda axtarış aparılıb.
Nəticədə kirpilərlə yanaşı, 2 kenquru, tovuz quşu, şimal tülküsü və uzunluğu 5 metr, çəkisi 90 kiloqrama yaxın olan piton müsadirə edilib.
Qeyd olunur ki, heyvanları qanunsuz saxlayan şəxs barəsində cinayət işi açılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin