Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Taliblər” Əfqanıstanın yeni hökumətin tərkibini elan etməyə hazırdır

“Taliblər” Əfqanıstanın yeni hökumətin tərkibini elan etməyə hazırdır

Tarix: 7 Sentyabr 2021 08:24

Ötən ay Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban"ın nümayəndəsi Əhmədulla Muttaki bildirib ki, hərəkat yeni hökumətin tərkibinin elan edilməsinə hazırlığı başa çatdırıb.

"İslam hökumətinin bəyannaməsinə hazırlıq qurtardı", - Muttaki tvitterdə yazıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, "Taliblər"in nümayəndəsinin sözlərinə görə, hökumət yaxın vaxtlarda elan ediləcək.

"Taliblər" bir ay əvvəl hökumət qüvvələrinə hücumu daha da aktivləşdiriblər və avqustun 15-də Əfqanıstanın paytaxtı Kabilə giriblər. Onlar növbəti gün bildiriblər ki, müharibə qurtarıb və dövlətin idarə üsulu yaxın vaxtlarda aydınlaşacaq.


Etiketlər:  Taliblər Əfqanıstanın yeni hökumətin tərkibini elan etməyə hazırdır


RƏYLƏR