Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2021 08:34
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Sadıqova Nailə Abbas qızı yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Sadıqovaya açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.