Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2021 08:58
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı Pəncşir əyalətində müqavimətə rəhbərlik edən Əhməd Məsudun atası Əhməd Şah Məsudun (1953-2001) məqbərəsini də nəzarətə götürüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, "Taliban"ın səhra komandirləri sosial şəbəkələrdə "Taliban" silahlılarının üsyançıların inzibati mərkəzi olan Bazarak şəhərindən 8 km aralıqda yerləşən məqbərəyə bitişik ərazini sərbəst şəkildə necə idarə etdiyini göstərən video yayıblar.