Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini təyin olundu

Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini təyin olundu

Tarix: 7 Sentyabr 2021 13:00

Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Milli.Az bu barədə Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.

Elnur Əliyev bundan əvvəl mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.

Milli.Az


Etiketlər:  Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini təyin olundu


RƏYLƏR