Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıdan uçan təyyarə İrəvana eniş etdi - Göyərtədə kimlər vardı? - VİDEO

Bakıdan uçan təyyarə İrəvana eniş etdi - Göyərtədə kimlər vardı? - VİDEO

Tarix: 7 Sentyabr 2021 21:56

Azərbaycan iki hərbi əsiri Ermənistana təhvil verdi.

Sonxeber.net bildirir ki, Bakıdan uçan təyyarə İrəvana eniş edib.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovunmüşayiəti ilə iki hərbi əsir - Artur Nalbandyan və Armais Torozyan azərbaycanlı hərbçi Cəmil Babayevlə dəyişdirilir.

Həmin ermənilər iyulun 14-də səhər saatlarında Zəngəzurda Qara göl yaxınlığında itən əsgərlərdir.

Avqustun 25-i Cəmil Babayev sülhməramlıların nəzarətində olan Ağdərə rayonuna keçib.

Bundan sonra Azərbaycan tərəfi Cəmil Babayevin Gəncədəki (Ağdərədən təqribən 140 km aralıda - red.) psixiatrik xəstəxanadan qaçaraq sülhməramlıların xidmət etdiyi əraziyə keçdiyini bildirib.


Etiketlər:  Bakıdan uçan təyyarə İrəvana eniş etdi Göyərtədə kimlər vardı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ