Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıya gələrkən saya oturan teploxodun hərəkəti bərpa edilib

Bakıya gələrkən saya oturan teploxodun hərəkəti bərpa edilib

Tarix: 8 Sentyabr 2021 07:14

Sentyabrın 3-də Xəzər dənizinin şimal hissəsində saya oturan "VF Tanker-7" teploxodunun hərəkəti bərpa edilib. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, teploxod sentyabrın 7-si Bakı vaxtı ilə saat 02:10-da saydan çıxarılıb, daha sonra təyinat limanına doğru hərəkətinə davam edib.

Qeyd edək ki, Həştərxan limanı-Bakı marşrutu üzrə hərəkət edən teploxodun heyəti 12 nəfərdən ibarətdir. Onlardan heç biri xəsarət almayıb.

Milli.Az


Etiketlər:  Bakıya gələrkən saya oturan teploxodun hərəkəti bərpa edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ