Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək

Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək

Tarix: 8 Sentyabr 2021 13:12

Sentyabrın 13-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin "COVID-19" infeksiyası əleyhinə növbəti vaksinasiyası həyata keçiriləcək.

Sonxeber.net bildirir ki, Mətbuat Şurasından verilən məlumata görə, şura bu barədə TƏBİB-lə razılığa gəlib.

Qeyd edək ki, MŞ-də jurnalistlərin sonuncu vaksinasiyası 2021-ci ilin avqustun 5-də keçirilib. Həmin gün vaksinin ilk dozası tətbiq edilmiş jurnalistlər sentyabrın 13-də ikinci dozanın tətbiqi üçün yaxınlaşa bilərlər.

Eyni zamanda media təmsilçilərinin "COVID-19" infeksiyası əleyhinə peyvəndin ilk dozası üçün də müraciət etmələri mümkündür.

Onu da bildiririk ki, respublikamızın müxtəlif şəhər və bölgələrindəki tibb müəssisələrində vətəndaşların "COVID-19" infeksiyası əleyhinə peyvəndlənməsi həyata keçirilir. Hazırkı vaxtda Şuranın TƏBİB-lə birgə reallaşdırdığı bu aksiya media təmsilçilərinin əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə həyata keçirilir. Xahiş edirik ki, KİV redaksiyaları və jurnalistlər bunu nəzərə alsınlar, prosesə həssas yanaşsınlar, mütəşəkkil şəkildə aksiyaya qoşulsunlar.

KİV redaksiyaları yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamalıdırlar.Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:

1. Adı, soyadı, atasının adı;

2. Doğum tarixi;

3. Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);

4. Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).

Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected] və [email protected] ünvanlarına da (PDF faylda skan olunmuş) göndərilə bilər.

Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02.


Etiketlər:  Mətbuat Şurasında jurnalistlərin vaksinasiyası həyata keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ