Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19 yaymaqda ittiham olundu: 5 il azadlıqdan məhrum edildi

COVID-19 yaymaqda ittiham olundu:  5 il azadlıqdan məhrum edildi

Tarix: 8 Sentyabr 2021 13:18

Vyetnam məhkəməsi Le Van Trini COVID-19 məhdudiyyətlərini pozduğuna və 8 nəfəri koronavirusa yoluxdurduğuna görə 5 il həbs cəzası verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 28 yaşlı Le Van Tri təhlükəli yoluxuxəstəliyin ötürülməsində günahkar bilinib. Onun yoluxdurduğu şəxslərdən biri ölüb.

Vyetnamlı azadlıqdan məhru edilməklə yanaşı 880 dollar cərimə də ödəməlidir.

Le Van Tri may ayının əvvəlində Xoşimin şəhərindən doğma Kamau əyalətinə gəlib.

O, 21 günlük karantindən keçməli olsa da, lakin təcrid qaydalarına əməl etməyib.

Məhkəmə sənədlərində qeyd edilir ki, kişi məcburi vergi bəyannaməsini dolduraraq son səfərləri haqqında yalan danışıb.

Daha sonra onun COVID-19-a yoluxduğu təsdiqlənib. Nəticədə vyetnamlı ailə üzvlərini və sosial mərkəzin işçilərini də yoluxdurub.

Milli.Az


Etiketlər:  COVID yaymaqda ittiham olundu azadlıqdan məhrum edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ