Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 13:36
Ötən gün Ağdaşda 2 yeniyetmə qızın su kanalında boğularaq ölməsi müzakirələrə səbəb olub. Yaxınları onların intihar etməsinə inanmır.
Suda boğuldular, yoxsa intihar etdilər?
Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında 15 yaşlı Niftəliyeva Arifə Ceyhun qızı və 13 yaşlı Usubova Fatimə Ədalət qızı boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində Arifə və Fatimənin meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, yeniyetmələrin intihar edib etməməsini onların yaxınları da bilmir. Fatimənin dayısı Vüsal Zeynalov deyir ki, bacısı qızı hətta məktəbə hazırlıq işlərini də görüb.
Baş Prokurorluqdan isə bildirilib ki, sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhərinin İstiqlal küçəsindən keçən Ləki kanalında 2 nəfərin meyitinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı rayon prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.