Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tupakın güllələndiyi maşın 2 milyona satılır

Tupakın güllələndiyi maşın 2 milyona satılır

Tarix: 8 Sentyabr 2021 20:12

Dünyaca məşhur amerikalı repçi Tupak Şakurun öldürülərkən içərisində olduğu "BMW" markalı qara avtomobil təxminən iki milyon dollara satışa çıxarılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb. Bildirilib ki, nəqliyyat vasitəsi təmir olunaraq alıcılara təqdim edilib.

Qeyd edək ki, musiqiçinin ölümündən sonra avtomobil bir neçə sahib dəyişib. "BMW" hazırda Las- Veqasdakı Celebrity Cars satış məntəqəsində - ölümcül atışma yerinin yaxınlığında satılır. Onun dəyəri 1.7 milyon dollardır.

Xatırladaq ki, Tupak 1996-cı ildə Amerikanın Şərq və Qərb sahillərindən olan hip-hop sənətçiləri arasında yaşanan münaqişə zamanı öldürülüb. Tupak sərnişin oturacağında oturarkən qətl edilib, digər reper Sug Knight sükan arxasında olub, sağ qalıb. 2018 -ci ilin iyul ayında Tupakın keçmiş qanqster Dueyn Keyt Devisin qardaşı oğlu Orlando Anderson tərəfindən güllələndiyi məlum olub.


Etiketlər:  Tupakın güllələndiyi maşın milyona satılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ